Gürcüstanın mədəniyyət xadimləri Şuşaya səfər edəcək

Gürcüstanın mədəniyyət xadimləri Şuşaya səfər edəcək
# 14 aprel 2022 15:23 (UTC +04:00)

Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və sosial şəbəkə fenomenlərinin Azərbaycan Respublikasına səfəri başlayıb.

APA xəbər verir ki, səfər Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşkilatçılığı və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin dəstəyi ilə keçirilir.

Aprelin 17-dək davam edəcək səfər çərçivəsində Gürcüstan nümayəndə üçün heyəti paytaxt Bakı şəhərində tur təşkil olunacaq, bir sıra görüşlər keçiriləcəkdir.

Gürcüstan nümayəndə heyəti, həmçinin Gəncə şəhərinə və işğaldan azad olunmuş Füzuli, Ağdam və Türk Dünyasının Mədəniyyət Paytaxtı olan Şuşa şəhərinə səfər edəcəklər.

Qeyd olunan səfərlə bağlı Səfirlik tərəfindən mütəmadi olaraq məlumat veriləcəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR