"Humberstoun və Santa Laura Selitra Mədəni" Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısından çıxarılıb

"Humberstoun və Santa Laura Selitra Mədəni" Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısından çıxarılıb
# 02 iyul 2019 18:41 (UTC +04:00)

Çilidə yerləşən "Humberstoun və Santa Laura Selitra Mədəni" Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısından çıxarılıb.

APA-nın məlumatına görə, bu, UNESCO Dünya İrs Komitəsinin 43-cü sessiyasında aparılan müzakirələr zamanı qərara alınıb.

Çili nümayəndəsi çıxış edərək sözügedən abidənin 14 ildir, Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısında olduğunu bildirib: "Zəlzələ nəticəsində pis vəziyyətə düşən abidənin bərpası barədə ötən müddət ərzində Santyaqo kifayət qədər işlər görüb. Humberstoun və Santa Laura Selitra Mədəni artıq Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısından çıxarıla bilər".
Çili nümayəndəsinin təklifi İspaniya və Macarıstan nümayəndələri tərəfindən dəstəklənib.

Dünya İrs Komitəsinin qərarına əsasən, abidə Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısından çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR