İCCROM: Sülhün yaradılmasına xidmət etmək gələcəyi qorumaq deməkdir

Webber Ndoro

© APA | Webber Ndoro

# 19 may 2022 14:56 (UTC +04:00)

"Regional və qlobal şəkildə sülhün yaradılmasına və qorunmasına xidmət etmək gələcəyi qorumaq deməkdir. Biz də bunun üçün çalışırıq".

APA xəbər verir ki, bunu İCCROM-un direktoru Webber Ndoro Şuşadakı "Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransında çıxışı zamanı deyib.

O, bütün dünyada mədəni irs anlayışının vacibliyini vurğulayıb: "Mədəni irs bütün cəmiyyətlər üçün eyni dərəcədə əhəmiyyətli və milli məsələdir. Biz bütün bunların fonunda bu gözəl şəhəri və ümumən dünyada bu cür dağıntılara məruz qalmış ölkələri bərpə etmək üçün çalışırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR