İçərişəhər Qala divarının bürcünün bərpasına başlanıb - FOTO

Bürc

© APA | Bürc

# 26 may 2022 11:27 (UTC +04:00)

Bu həftədən etibarən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Qala divarının bir hissəsinin - bürcün restavrasiyasına başlanıb.

Bunu APA-ya açıqlamasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Riad Qasımov deyib.

Onun sözlərinə görə, iki il öncə divarın bir hissəsinin daşları tökülmüş və bəzi möhkəmləndirmə işlərinə başlanılmışdı: "Bu proses yekunlaşdıqdan sonra isə artıq həm yerli, həm də avstriyalı mütəxəssislər tərəfindən bürcün bərpa-restavrasiyasına start verilib. Düşünürük ki, proses bir il müddətinə yekunlaşacaq”.

Bərpa işlərinə rəhbərlik edən Atelye Eric Pumer MMC-nin meneceri Çingiz Neymanzadə isə bərpa işləri haqqında məlumat verib: “Artıq xüsusi maddələrlə daşın nə vəziyyətdə olduğunu təyin edirik. Bundan sonra müəyyən bərpaedici məhlullarla uçulmuş hissələri bərpa etməyə başlayacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR