İçərişəhərin Qala divarları vandalizm izlərindən təmizlənib - FOTO

İçərişəhərin Qala divarları vandalizm izlərindən təmizlənib - FOTO
# 03 oktyabr 2022 15:05 (UTC +04:00)

Vandalizm aktlarından zərər çəkən Qala divarları tamamilə bərpa edilib.

Bu barədə APA-ya “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Bildirilib ki, son bir il ərzində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi dəfələrlə vandalizm aktları ilə qarşılaşıb, monitorinq nəticəsində 70-dən çox zərəryetirmə faktı aşkarlanıb: “Qala divarını zədələyən şəxslər aidiyyəti strukturlarla birlikdə vaxtında müəyyən edilmiş və barələrində qanuni tədbirlər görülüb. Qala divarında vandalizm izlərinin aradan qaldırılması istiqamətində aparılan bərpa işləri ötən həftə başa çatdırılıb. İş beynəlxalq təcrübəyə malik mütəxəssislərin nəzarəti altında yerli heyət tərəfindən həyata keçirilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR