ICOMOS-un vitse-prezidenti Ağdama səfər edib

ICOMOS-un vitse-prezidenti Ağdama səfər edib
# 17 aprel 2022 20:20 (UTC +04:00)

Bu gün Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti ICOMOS-un (UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Komissiyası) vitse-prezidenti Zeynəb Gül Ünal ilə birgə Ağdam şəhərinə səfər edib.

Xidmətdən APA-ya verilən xəbərə görə, səfərdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov və ICOMOS Azərbaycanın prezidenti Sədaqət Davudova iştirak edib.

Səfər çərçivəsində Ağdam şəhərində yerləşən “İmarət” kompleksi, Şəhidlər xiyabanı, Dram teatrı, Cümə məscidi, Çörək muzeyi, Şahmat evi, Şahbulaq qalası, Qiyaslı kəndində yerləşən məscidə baxış keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR