İyunun 15-də VII Muğam Televiziya Müsabiqəsinin finalı keçiriləcək 

İyunun 15-də VII Muğam Televiziya Müsabiqəsinin finalı keçiriləcək 
# 10 iyun 2019 11:07 (UTC +04:00)

İyunun 15-də Heydər Əliyev Mərkəzində VII Muğam Televiziya Müsabiqəsinin final gecəsi keçiriləcək.

APA-nın məlumatına görə, VII Muğam Televiziya Müsabiqəsinin final gecəsində 7 xanəndə - İlahə Rüstəmova, Murad Rüstəmzadə, Xəyal Hüseynov, Rəvan Qaçayev, Vəliş Mirzəyev, Faiq Əkbərov və Zülfiyyə Cəbrayılzadə ifalarını təqdim edəcəklər.

Müsabiqənin münsiflər heyətinin tərkibinə xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov və müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi daxildir. Münsiflər heyəti layihənin yekununda ən yaxşı gənc xanəndəni müəyyənləşdirəcək.

VII Muğam Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi, AzTV-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında keçirilir.

Qeyd edək ki, VII Muğam Televiziya Müsabiqəsinə 400 iştirakçı sənəd verib. Onlardan 20-i layihədə iştirak etmək hüququ qazanıb. İştirakçılardan iki nəfəri əslən iranlıdır. Müsabiqə hər həftənin 2-ci və 4-cü günlərində AzTV və “Mədəniyyət” kanallarında canlı olaraq yayımlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR