Kitabxanalara işə qəbul üzrə test imtahanının nəticələri açıqlanıb

Kitabxanalara işə qəbul üzrə test imtahanının nəticələri açıqlanıb
# 02 dekabr 2022 17:26 (UTC +04:00)

Nazirliyin sistemində olan kitabxanalar üzrə vakant vəzifələrin tutulması məqsədilə noyabrın 28-də Azərbaycan Milli Kitabxanasında təşkil olunan test imtahanında iştirak etmiş namizədlərin nəticələri bəlli olub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, nəticələrə əsasən, test imtahanında iştirak edən 319 namizəddən 141 nəfəri (44 faiz) keçid balını toplayaraq müsabiqənin müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

178 namizəd (56 faiz) isə müəyyən edilmiş keçid balından aşağı nəticə göstərməklə müsabiqədən keçməyib.

Namizədlər bu linkə daxil olmaqla iş nömrələri vasitəsilə test imtahanının nəticələri barədə ətraflı məlumat əldə edə bilərlər.

“Test imtahanından 70% (35 düzgün cavab) nəticə əldə etmiş namizədlər Bakı şəhərində fəaliyyət göstərən kitabxanalar üzrə vakant vəzifələrin tutulması üçün, 60% (30 düzgün cavab) nəticə əldə etmiş namizədlər Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə fəaliyyət göstərən kitabxanalar üzrə vakant vəzifələrin tutulması üçün, 50% (25 düzgün cavab) nəticə əldə etmiş namizədlər isə digər inzibati ərazi vahidlərində olan kitabxanalar üzrə vakant vəzifələrin tutulması üçün müsahibəyə buraxılacaqlar.

Test imtahanından keçmiş namizədlərə müsahibənin proqramı, vaxtı və yeri barədə əlavə məlumat veriləcəkdir.

Nəticələrə dair iradı olan şəxslər 5-7 dekabr 2022-ci il tarixlərində [email protected] elektron poçt ünvanı vasitəsilə Nazirliyin Apellyasiya Şurasına müraciət edə bilərlər”, - məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR