Kürün Neftçaladan keçən hissəsində arxeoloji nümunələr tapılıb - FOTO

Kürün Neftçaladan keçən hissəsində arxeoloji nümunələr tapılıb  - FOTO
# 10 mart 2023 10:47 (UTC +04:00)

Kür çayında suyun səviyyəsinin aşağı düşməsi nəticəsində çayın Neftçala rayonunun Şorkənd kəndi ərazisindən keçən hissəsində arxeoloji əlamət daşıyan maddi-mədəniyyət nümunələrinin fraqmentləri aşkar edilib.

Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, bununla bağlı AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları tərəfindən həmin əraziyə baxış keçiriləcək:

"Baxışın nəticəsinə uyğun olaraq müvafiq addımlar atılacaq, daha sonra arxeoloji materiallar aidiyyəti üzrə təhvil veriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR