Londonda “Əbədi alov” adlı kolleksiya təqdim olunub - FOTO

Londonda “Əbədi alov” adlı kolleksiya təqdim olunub - FOTO
# 16 sentyabr 2019 17:32 (UTC +04:00)

Dizayner Leoni Mergen London moda həftəsi çərçivəsində “Əbədi alov” (Eternal Flame) adlı yaz-yay kolleksiyasını təqdim edib.

Dizayner APA-nın London bürosuna verdiyi açıqlamada bildirib ki, yeni kolleksiyasında zərdüştilikdən ilham alıb.

“Kişilər və qadınlar üçün nəzərdə tutulan bu kolleksiya ən qədim mədəniyyətlərdən biri olan alov dinindən ilham alınaraq hazırlanıb. Kolleksiyada ağ və narıncı rənglər üstünlük təşkil etsə də, gələn ilin dəb rəngi olan yaşıla da rast gəlmək mümkündür”, - Leoni Mergen vurğulayıb.

Qeyd edək ki, Berlində yaşayan gənc dizayner Leoni Mergen 2017-ci ildə Berlin və London moda həftələrində “Qarabağ kolleksiyası”nı təqdim edib. Bu kolleksiya Azərbaycanın Qarabağ regionunun ənənəvi geyimləri əsasında hazırlanıb. L. Mergen 2018-ci ildə isə London moda həftəsində “Yeddi Gözəl”, 2019-cu ilin fevral ayında isə Azərbaycanla bağlı “Qara Qızıl” kolleksiyasını təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR