Londonda “Muğam dünyası: Azərbaycan mədəniyyətinin misilsiz incisi” adlı tədbir keçirilib

Londonda “Muğam dünyası: Azərbaycan mədəniyyətinin misilsiz incisi” adlı tədbir keçirilib
# 20 sentyabr 2019 12:58 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Xan Şuşinski Fondu və Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə Londonda “Muğam dünyası: Azərbaycan mədəniyyətinin misilsiz incisi” adlı tədbir keçirilib.

APA-nın London bürosunun xəbərinə görə, tədbir çərçivəsində konsert proqramı təşkil olunub.

Tədbirdə çıxış edən Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiyadakı səfiri Tahir Tağızadə bildirib ki, muğam sənəti klassik poeziyaya söykənir.

“Biz bu konsertlə Qarabağa virtual səyahət etdik. Bizim işimiz sizi Qarabağa aparmaqdan, bu konsertlərin orada keçirilməsini təmin etməkdən ibarətdir. Növbəti konsertlərin Qarabağda keçirilməsini ümid edirik”, - deyə səfir qeyd edib.

Sonda tədbir iştirakçılarına Azərbaycanla bağlı suvenirlər və çay hədiyyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR