Mark Şnayer: “Türkiyə və İsrail arasındakı yaxınlaşma dinlərarası dialoqun əsas nümunələrindəndir” 

Ravvin Mark Şnayer

© APA | Ravvin Mark Şnayer

# 19 may 2022 17:06 (UTC +04:00)

“Münaqişə zamanı və münaqişədən sonrakı dövrdə mədəniyyətlərarası və dinlərarası qarşılıqlı münasibət və dialoq ən əsas addımlardan biridir”.

APA xəbər verir ki, bunu ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayer Şuşadakı "Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransında videoçıxışı zamanı deyib.

O, sözügedən dialoqun Türkiyə və İsrail münasibətlərinə də təsir etdiyini qeyd edib: "Türkiyə və İsrail arasındakı yaxınlaşma prosesi də dinlərarası və mədəniyyətlərarası dialoqun əsas nümunələrindən biridir. Əlaqələr və ünsiyyət imkan verir ki, münaqişələrin siyasi tərəfləri və maraqları nisbətən yumşalsın".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR