MDB-nin mədəni əməkdaşlıq üzrə Şurasının növbəti iclası keçirilib

MDB iştirakçı-dövlətlərinin mədəni əməkdaşlıq üzrə Şurasının 37-ci iclası

© APA | MDB iştirakçı-dövlətlərinin mədəni əməkdaşlıq üzrə Şurasının 37-ci iclası

# 09 sentyabr 2022 16:16 (UTC +04:00)

Sentyabrın 8-i və 9-u Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində MDB iştirakçı-dövlətlərinin mədəni əməkdaşlıq üzrə Şurasının 37-ci iclası baş tutub.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iclasda Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vüqar Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. Toplantıda 2021-2025-ci illər üzrə MDB iştirakçı dövlətlərinin əməkdaşlığı ilə əsas tədbirlər, 2022-ci ildə MDB-də “Xalq yaradıcılığı və mədəni irs ili” elan olunması ilə əlaqədar tədbirlər planının həyata keçirilməsi, 2022-ci ildə ”Birliyin mədəniyyət paytaxtı” dövlətlərarası layihəsinin Qırğızıstan Respublikasında icra edilməsi, MDB iştirakçı-dövlətlərinin muzey işi sahəsində əməkdaşlığı haqqında Sazişi, “Birliyin qiymətli boyunbağısı” beynəlxalq layihəsi, iştirakçı dövlətlərin kinematoqrafiya üzrə işçi qrupunun fəaliyyəti, Mədəni əməkdaşlıq üzrə Şuranın fəaliyyətinə dair hesabat, sözügedən Şurada sədrlik, növbəti iclasın keçirilməsi, 2023-cü ilə dair nəzərdə tutulan fəaliyyətlər və digər məsələlərin müzakirəsi baş tutub.

Vüqar Məmmədov öz çıxışında post-müharibə dövründə mədəniyyət sahəsində son dövrlərdə görülmüş işlər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur regionlarında aparılan bərpa və yenidənqurma işlərinə vurğu edib. Eyni zamanda, Şuşa şəhərində son il ərzində keçirilmiş Beynəlxalq Xarıbülbül festivalı, Vaqif poeziya günləri, “Postmünaqişə Humanitar Gündəliyinin İnkişaf Etdirilməsi: Mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” tədbirləri haqqında məlumat verib. Həmçinin, toplantı iştirakçıları keçirilməsi nəzərdə tutulan Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı, 17-ci Beynəlxalq Bakı Caz Festivalı və yaxın müddətdə təşkili planlaşdırılan digər tədbirlərə dair məlumatlandırılıb.

İclasın sonunda aidiyyəti məsələlərə dair qərarlar və tövsiyələr qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR