Mədəni abidələrin Bərpa Mərkəzinin nə zaman yaradılacağı açıqlanıb

Azad Cəfərli

© APA | Azad Cəfərli

# 07 yanvar 2022 16:00 (UTC +04:00)

Xidmət rəisi Azad Cəfərli bu il mədəni abidələrin Bərpa Mərkəzinin yaradılacağını bildirib.

APA-nın məlumatına görə, o, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 2021-ci ildəki fəaliyyətinə və 2022-ci il üzrə nəzərdə tutulmuş planlara dair mətbuat konfransında deyib.

A.Cəfərli bildirib ki, bərpa prosesi olduqca önəmli bir prosesdir: "Prosesin əhəmiyyətini nəzərə alaraq bərpa sənədi Şuşa üçün xüsusi olaraq hazırlanıb. Şuşa şəhəri üçün xarakterik olan darvaza, pəncərə növləri var. Bərpada bunlar mütləq nəzərə alınmalıdır. Bu siyahısını genişləndirmək olar. Biz istəyirik ki, Bərpa Mərkəzi çərçivəsində kadrlar yetişdirək, əlavə təlimlər keçək. Biz artıq bu layihəni prioritetləşdirmişik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR