Mədəni abidələrlə bağlı “Qaynar xətt” yaradılacaq

Azad Cəfərli

© APA | Azad Cəfərli

# 10 yanvar 2022 12:57 (UTC +04:00)

Tezliklə mədəni abidələrlə bağlı “Qaynar xətt”in yaradılmasını planlaşdırırıq.

Bunu APA-ya açıqlamasında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli deyib.

O bildirib ki, “Qaynar xətt” mədəni abidələrin qorunması məqsədilə yaradılacaq: “Burada əsas məqsəd xüsusən regionlardakı abidələr haqda operativ məlumat əldə etməkdir. Həm kütləvi informasiya vasitələrinin nümayəndələri, həm ayrı-ayrı elm dairələrinin nümayəndələri, həm də vətəndaşlarımız rastlaşdıqları problem barədə bizə məlumat ötürə biləcəklər. Düşünürəm ki, bu bizə hər hansı diqqətdən kənarda qalan problem barədə təcili tədbir görmək imkanı qazandıracaq”.

Xidmət rəisi Qarabağ və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarələrinin yaradılmasından da danışıb. O vurğulayıb ki, hazırkı şəraitdə Qarabağ və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarələrinin yaradılması olduqca vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR