Azərbaycanın mədəniyyət naziri Anar Kərimov “twiter” hesabında tanınmış ictimai xadim, tədqiqatçı, diplomat Ramiz Abutalıbovla bağlı paylaşım edib.
APA-nın məlumatına görə, paylaşımda deyilir:
“Tanınmış ictimai xadim, tədqiqatçı, diplomat Ramiz Abutalıbov vəfat edib. O, 1993-2004-cü illərdə Xarici İşlər Nazirliyində xüsusi tapşırıqlar üzrə səfir - YUNESKO üzrə Milli Komissiyanın ilk baş katibi olub. YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının kollektivi adından Ramiz müəllimə Allahdan rəhmət diləyirik”.