Mədəniyyət naziri bu il pasportlaşdırılan abidələrin sayını açıqlayıb

Mədəniyyət naziri bu il pasportlaşdırılan abidələrin sayını açıqlayıb
# 25 noyabr 2022 13:01 (UTC +04:00)

2022-ci ilin ilk 10 ayı ərzində 54 abidə pasportlaşdırılıb, 273 abidənin isə mühafizə zonaları üçün layihələndirilməsi prosesi olub.

APA xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bu proseslərin abidələrə kənar müdaxilələrin qarşısının alınması üçün edildiyini diqqətə çatdırıb: "Ötən dövr ərzində abidələrin pasportlaşdırılması və layihələndirilməsi statistikasında müsbət tendensiyanın şahidi olmuşuq. Məsələn, 2021-ci ildə 154 abidə pasportlaşdırılmış, 107 abidənin isə mühafizə zonaları üçün layihələndirilməsi prosesi olub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR