Mədəniyyət Naziri: Mingəçevir Teatrında araşdırma hələ davam edir

Mədəniyyət Naziri: Mingəçevir Teatrında araşdırma hələ davam edir
# 05 oktyabr 2022 12:41 (UTC +04:00)

Mingəçevir Dövlət Dram Teatrında yoxlama aparılıb, nəticələr üzərində ümumi araşdırma hələ ki, davam edir.

Bunu APA-nın sualına cavab olaraq, mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bu və bu kimi hallarla mübarizəyə diqqət çəkib: "Birmənalı olaraq, bildirim ki, biz hər bir nöqsana ciddi formada yanaşırıq. Bu cür nöqsanlar aşkar edildikdə dərhal tədbirlər görülür və bu proses hər zaman davam etdiriləcək. Bildiyiniz kimi, bir neçə regionumuzda da bu cür nöqsanlar barədə siqnallar alınıb və dərhal araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsi kimi hüquq-mühafizə orqanlarına müraciət edilib. Səhv eləmirəmsə, 11-12 bu kimi hallar üzrə hüquq-mühafizə orqanları tərəfindən ciddi istintaq aparılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR