Mədəniyyət nazirinin müavini Biləsuvarda vətəndaşları qəbul edib

Mədəniyyət nazirinin müavini Biləsuvarda vətəndaşları qəbul edib
# 31 mart 2023 20:17 (UTC +04:00)

Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli Biləsuvar şəhərində Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Bu barədə APA-ya nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin Biləsuvar şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib. Sonra Heydər Əliyev Mərkəzinə baxış keçirilib, mərkəzdə yaradılan şəraitlə tanışlıq olub.

Vətəndaş qəbulunda Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayon sakinləri iştirak edib. Vətəndaşların işlə təmin olunma, fəxri adın verilməsi, mədəniyyət sahəsi ilə bağlı təklif və s. müraciətlərinə baxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR