“Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, Laçın və Kəlbəcər rayonlarında aparılan monitorinqlər zamanı dövlət qeydiyyatında olan 403 tarix-mədəniyyət abidəsinə baxış keçirilib”.
APA-nın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimovun “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda mətbuat konfransında deyib.
O bildirib ki, 162 dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji mənşəli obyektlərin monitorinqi aparılıb: “Monitorinqlərin əsas məqsədi gələcəkdə beynəlxalq təşkilatlara müraciət edərkən faktların toplanması və Ermənistanın hərbi cinayətinin sübuta yetirilməsidir”.