Mədəniyyət Nazirliyində yeni şöbə müdiri təyin olunub

Mədəniyyət Nazirliyində yeni şöbə müdiri təyin olunub
# 27 iyun 2019 15:53 (UTC +04:00)

Mədəniyyət Nazirliyində yeni təyinat olub.

APA-nın məlumatına görə, Günel Aslanova Nazirliyin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri təyin olunub.

Buna qədər o, həmin şöbədə sektor müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Vüqar Şıxəmmədov Səbail rayon İcra Hakimiyyəti başçısının müavini təyin olunandan sonra Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsi vakant idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR