Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib

Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
# 12 sentyabr 2022 11:06 (UTC +04:00)

Sentyabrın 7-də Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib.

Bu barədə APA-ya nazirlikdən məlumat verib.

Bildirilib ki, iclasda Mədəniyyət Nazirliyində vakant olan dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı Dövlət İmtahan Mərkəzinin 21 aprel 2022-ci il tarixində elan etdiyi müsabiqə üzrə keçirilmiş müsahibələrin nəticələrinə yenidən baxılması ilə bağlı Həbib Nadir oğlu Məmmədlinin, İlahə Taleh qızı İsmayılovanın və Afət Bəşir qızı Qarayevanın apellyasiya şikayətlərinə baxılıb.

İclas zamanı Həbib Məmmədlinin və İlahə İsmayılovanın müsahibələrlə bağlı fikirləri dinlənilib, Dövlət İmtahan Mərkəzinin 23 avqust 2022-ci il tarixli PMŞ/3-2-2022-2320 nömrəli məktubu ilə təqdim edilmiş müsahibələrin videoçəkilişinə və sənədlərinə əsasən Şura üzvlərinin hazırladığı rəyləri müzakirə olunub. Afət Qarayeva Şuranın iclasında iştirak etmədiyindən onunla keçirilmiş müsahibənin nəticəsinə dair rəylər Şura üzvləri tərəfindən onun iştirakı olmadan müzakirə edilib. Sonda Apellyasıya Şurasının üzvlərinin səsverməsinə əsasən iclasda baxılan məsələlərə dair Qərarlar qəbul edilib.

Həbib Nadir oğlu Məmmədlinin şikayəti ilə bağlı qəbul edilən Qərara əsasən, 5 avqust 2022-ci il tarixində onunla keçirilmiş müsahibənin nəticəsi dəyişdirilərək namizəd iddia etdiyi vakant vəzifəyə uyğun hesab edilib.

Afət Bəşir qızı Qarayevanın və İlahə Taleh qızı İsmayılovanın şikayətləri ilə əlaqədar qəbul edilən Qərarlara əsasən isə həmin namizədlərlə müvafiq olaraq 25 iyul və 3 avqust 2022-ci il tarixlərində keçirilmiş müsahibələrin nəticəsinə dair müsahibə komissiyasının qərarları tam obyektiv və əsaslı hesab edilərək dəyişdirilmədən qüvvədə saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR