Memarlar İttifaqının sədri: Son illər Bakıda ucaldılan heykəllərin çoxu mənim də xoşuma gəlmir

Elbay Qasımzadə

© APA | Elbay Qasımzadə

# 09 dekabr 2022 13:49 (UTC +04:00)

Bir Bakı sakini olaraq, son illərdə ucaldılan heykəllərin çoxu mənim də xoşuma gəlmir.

Bunu APA-nın sualına cavab olaraq, Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə deyib.

O, heykəllərin Bakı şəhərinə yaraşan formada olmadığını qeyd edib: "İlk olaraq, onu deyim ki, heykəllər memarlığa aid deyil, buna Rəssamlar İttifaqı cavab verə bilər. Amma bir Bakı sakini olaraq, o heykəllər mənim də xoşuma gəlmir. Müəlliflərin çoxunu tanıyıram, özlərindən soruşanda ki, niyə belə oldu? Deyir, nə bilim, belə alındı. Lakin bir məsələ var ki, bu axı kiminsə bağı, yaxud həyəti deyil, orada ucaldılmır. Bakı bizim paytaxt şəhərimizdir, cəmiyyətin etirazı normaldır”.

Elbay Qasımzadə bugünkü qurultaydakı yeniliklər barəsində də danışıb: “Builki qurultayda ilk dəfə olaraq, Ağsaqqallar Şurası yaradılacaq və ona üzv seçimi olacaq. Bizdə Gənclər klubu var, indi onların Ağsaqqallar Şurası ilə müştərək işi olacaq və ciddi təcrübə əldə etmiş olacaqlar”.

Qeyd edək ki, bu gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Memarlarının XX qurultayı keçirilir. Qurultayda Elbay Qasımzadə yenidən İttifaqın İdarə Heyətinin sədri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR