Mənsum İbrahimov Özbəkistanda muğam müsabiqəsində münsif olacaq

"Lazgi" Beynəlxalq Musiqi Festivalından qayıdan solistlərinin mətbuat konfransı

© APA | "Lazgi" Beynəlxalq Musiqi Festivalından qayıdan solistlərinin mətbuat konfransı

# 06 may 2022 13:04 (UTC +04:00)

Beynəlxalq Muğam Mərkəzinin (BMM) "Lazgi" Beynəlxalq Musiqi Festivalından qayıdan solistləri mətbuat konfransı keçirib.

APA xəbər verir ki, mətbuat konfransında çıxış edən mərkəzin direktoru Murad Hüseynov solistlərin uğurlu çıxışından danışıb.

"Bu tip festivallarda bizim musiqiçilərimiz həmişə fəal və uğurlu çıxış ediblər. Bütün bunlar həm də Azərbaycan musiqisinin uğurudur", - o deyib.

Xalq artisti Mənsum İbrahimov isə qardaş Özbəkistanda çox böyük hörmət gördüklərini vurğulayıb: “Bu hörmət həm bizim şəxsimizə qarşı, həm də ki, Azərbaycan musiqisinə qarşı idi. Həmçinin səfər çərçivəsində Özbəkistanda ilk dəfə keçiriləcək muğam müsabiqəsinə də münsif kimi dəvət aldım".

Qeyd edək ki, festival aprelin 27-dən mayın 2-nə kimi davam edib. Festivalda Xalq artisti Mənsum İbrahimov, Əməkdar artistlər Sahib Paşazadə, Toğrul Əsədullayev, Kamran Kərimov və xanəndələr Kamilə Nəbiyeva, Mirələm Mirələmov iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR