Məşhur rejissor Nikita Mixalkov xəstəxanaya yerləşdirilib

Nikita Mixalkov

© APA | Nikita Mixalkov

# 05 yanvar 2023 18:50 (UTC +04:00)

Məşhur rusiyalı rejissor Nikita Mixalkov xəstəxanaya yerləşdirilib.

APA Rusiya KİV-ə istinadən xəbər verir ki, onda koronavirus fonunda ağciyər iltihabı aşkar olunub.

77 yaşlı rejissorun durumunun ağır olduğu bildirilir.

Xatırladaq ki, Nikita Mixalkov 1945-ci il oktyabrın 21-də Moskvada anadan olub. O, Venesiya kinofestivalında "Qızıl Şir", Kann kinofestivalında isə "Qran-Pri" mükafatı alıb. 1995-ci ildə isə rejissor "Xarici dildə ən yaxşı film" nominasiyasında "Oskar" mükafatına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR