Milli Kino Günü münasibətilə Heydər Əliyev Mərkəzində 5 yeni film nümayiş olunacaq 

Elnur Əliyev

© APA | Elnur Əliyev

# 01 avqust 2022 13:12 (UTC +04:00)

Milli Kino Günü münasibətilə Heydər Əliyev Mərkəzinin həyətində 5 yeni film nümayiş olunacaq. Bunlardan üçü "Böyük qayıdış" ssenari müsabiqəsi çərçivəsində çəkilən qısametrajlı filmdir.

APA xəbər verir ki, bunu Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycan kinosu cəmiyyətin inkişafında böyük rola malikdir.

"Sözsüz, biz istəyirik ki, Azərbaycan kinosu Azərbaycan cəmiyyətinin inkişafında özünü səfərbər etsin. Kinomuzun inkişafı Mədəniyyət Nazirliyinin prioritetlərindən biridir. Gələn il Azərbaycan kinosunun 125 illiyi, "Azərbaycanfilm" kinostudiyasının 100 illiyi olacaq. Bununla bağlı ciddi işlər, planlar nəzərdə tutulub", - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR