“Milli Kino Mükafatı” sahiblərinin adı açıqlanıb

“Milli Kino Mükafatı” sahiblərinin adı açıqlanıb
# 26 iyul 2019 13:19 (UTC +04:00)

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2019-cu ilin “Milli Kino Mükafatı” sahiblərinin adını açıqlayıb.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qurumun ən böyük mükafatı Azərbaycan və sovet kinematoqrafiyasına verdiyi töhfələrə görə Xalq artisti, kinodramaturq Ramiz Fətəliyevə verilib.

75 illik yubileyi və milli kinonun inkişafına verdiyi töhfələrə görə Xalq artisti, kinodramaturq Mahmudov Əbduləhəd Əlisa oğlu (Şeyx Əbdül) da bu mükafata layiq görülüb.

Mükafatlar 2 avqust - Milli Kino Günündə Nizami Kino Mərkəzində sahiblərinə təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR