Milli Teatr gününə həsr olunmuş fləşmob keçirilib

Milli Teatr gününə həsr olunmuş fləşmob keçirilib
# 10 mart 2022 09:30 (UTC +04:00)

“Hər yerdə teatr” layihəsi 10 Mart Milli Teatr Gününə həsr olunmuş fləşmob həyata keçirib.

APA xəbər verir ki, Zaur Mirzəzadənin baş prodüseri olduğu layihənin əsas tərəfdaşları Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Gənclik Mall və Bakı Metropoliteni QSC olub.

“İçərişəhər” metrostansiyasının vestibülündə, “Sahil”dən “Gənclik” stansiyasına doğru hərəkət edən vaqonun içində və Gənclik Mall-da Akademik Musiqili Teatrın “Paris Notr-Dama ithaf” və “Arşın mal alan” tamaşalarından parçalar nümayiş olunub, həmçinin ADMİU-nun 2-ci kurs tələbələrinin ifasında səhnəcik göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR