Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mədəniyyəti Günü keçiriləcək

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mədəniyyəti Günü keçiriləcək
# 18 iyun 2019 13:21 (UTC +04:00)

Rusiya paytaxtında Azərbaycan Mədəniyyəti Günü keçiriləcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) təşkilatçılığı ilə baş tutacaq tədbir təşkilatın yaranmasının 10 illiyinə həsr olunub.

İyunun 24-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin "Botanika Bağı"nda keçiriləcək tədbirdə moskvalılar və paytaxtın qonaqları Azərbaycanın mədəniyyəti, tarixi, adət-ənənələri, musiqisi, ləziz mətbəxi ilə yaxından tanış olmaq imkanı qazanacaqlar.

Azərbaycan Mədəniyyəti Gününün təntənəli açılışını Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR sədri Leyla Əliyeva edəcək.

Qeyd edək ki, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi təşkilatı 2009-cu ildə Leyla Əliyevanın rəhbərliyi ilə yaradılıb. Məhz bu birlik sayəsində Rusiyada yaşayan və təhsil alan azərbaycanlı gənclər bir təşkilat altında birləşib. AMOR Rusiyada yaşayan azərbaycanlı gənclərin Rusiya cəmiyyətinə inteqrasiya olunmasında mühüm rol oynayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR