“Muzey əşyalarının daimi mühafizə portalı”nın yeni proqram təminatına dair təqdimat keçirilib

“Muzey əşyalarının daimi mühafizə portalı”nın yeni proqram təminatına dair təqdimat keçirilib
  • Clock-gray 17:59
  • calendar-gray 25 İyul 2019

İyulun 25-də Bakı şəhərində “Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat – treninqlərin sonuncu mərhələsi keçirilib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, Prezident İlham Əliyevin 6 iyun 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”nin 3.1.33-cü bəndinin icrası ilə əlaqədar mühafizə olunan mədəni sərvətlərin siyahısı nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməli və mütəmadi olaraq yenilənməlidir. Bununla əlaqədar, Nazirliyin sifarişi ilə yaradılmış “Muzey əşyalarının daimi mühafizə portalı”nın “AdZone” şirkəti tərəfindən yenilənmiş proqram təminatının istifadə qaydaları işlənilib.

Beləliklə, respublikada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri və muzeylərin əməkdaşları üçün yeni proqram təminatının izah edilməsi məqsədilə regional təqdimat – treninqlərin keçirilməsi zərurəti yarandığını nəzərə alaraq, ilkin mərhələ olaraq cari ilin 20-21 iyun tarixində Qəbələ şəhərində İsmayıllı, Şəki, Kürdəmir, Sumqayıt və Xaçmaz regional idarələrinin, 15-16 iyul tarixində Şəmkir şəhərində Ağstafa, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi regional mədəniyyət idarələrinin, 22-23 iyul tarixində Lənkəran şəhərində Ağdaş, Sabirabad, Biləsuvar, Masallı, Lənkəran regional mədəniyyət idarələrinin və yekun mərhələ olaraq 25 iyul tarixində Bakı şəhərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və bilavasitə nazirliyin tabeliyində olan Heydər Əliyev mərkəzlərinin və muzeylərin direktor, baş mühafiz və portalla işləyən operatorlarının iştirakı ilə təqdimat – treninqlər keçirilib.

Mədəniyyət Nazirliyinin “Muzey sərvətlərinin daimi mühafizə portalı” üçün vahid idarəetmə sisteminin yaradılması məqsədilə muzeylər tərəfindən toplanılmış və sistemləşdirilmiş məlumat bazasının idarə olunması, yenilənməsi və internet məkanında təqdim olunması üçün veb-proqram təminatı ən müasir, beynəlxalq və milli texniki parametrlərə və təhlükəsizlik standartlarına cavab verərək, gələcəkdə digər məlumat bazaları və veb-portalları ilə inteqrasiya olunacağı proqnozlaşdırılır.

Əsmər Qabil

Digər xəbərlər

Arxiv

date