Nazir: "Azərbaycan Hirkan meşəsinin Dünya Mədəniyyət İrsi siyahısına daxil edilməsi ilə bağlı təklifə qoşula bilər"

Nazir: "Azərbaycan Hirkan meşəsinin Dünya Mədəniyyət İrsi siyahısına daxil edilməsi ilə bağlı təklifə qoşula bilər"
# 01 iyul 2019 13:46 (UTC +04:00)

"İran tərəfindən Hirkan meşəsinin Dünya Mədəniyyət İrsi siyahısına daxil edilməsi maraqlı təşəbbüsdür. İlkin nəticələrə görə, Hirkan meşəsi siyahıya daxil olmaq üçün şanslıdır".

APA-nın məlumatına görə, bunu bu gün mədəniyyət naziri Əbülfəs Qarayev UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

Ə. Qarayev deyib ki, Azərbaycan da gələcəkdə öz ərazisindəki Hirkan meşəsi ilə bağlı bu nominasiyaya qoşula bilər: "Hər iki ölkə Hirkan meşələrinin birgə layihə çərçivəsində qorunmasını həyata keçirə bilər. Eyni zamanda Azərbaycan da ərazisindəki Hirkan meşəsi ilə bağlı belə təklif irəli sürə bilər ".

UNESKO-nun Dünya İrs Mərkəzinin direktoru Mextild Rossler deyib ki, Azərbaycanın Hirkan meşəsi ilə bağlı belə təklifi olub: "Sonra İran bunu görüb, belə təkliflə çıxış etdi".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR