Nazir: “Bizim başlıca vəzifəmiz yaradıcı qurumlara müdaxilə etməməkdir” 

Anar Kərimov

© APA | Anar Kərimov

# 20 sentyabr 2022 10:40 (UTC +04:00)

“Azərbaycan öz tarixinin ən önəmli səhifələrindən birini yaşayır”.

APA xəbər verir ki, bunu "Azərbaycan mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları" adlı beynəlxalq elmi-praktik konfransda mədəniyyət naziri Anar Kərimov deyib.

O qeyd edib ki, müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək mühüm vəzifələr var: "44 günlük müharibədən və zəfərdən sonra bizim qarşımızda mühüm vəzifələr durur: həmin əraziləri bərpa etmək. Eyni zamanda, biz həmin işğaldan azad olunmuş ərazilərə həm də özlərinə xas mədəniyyəti qaytarmalıyıq və qaytarırıq. Şuşada və digər işğaldan azad olunmuş ərazilərdə keçirilən silsilə tədbirlər də buna misaldır".

Nazir sözügedən tədbirin vacibliyini diqqətə çatdırıb: "Bu tədbir də məhz Qarabağa qayıdışımızın, oradakı bərpa işlərimizin bir parçasıdır, bir mərhələsidir. Həm oradakı 30 illik dağıntı və vandalizmi, həm də bugünkü inkişafı əyani şəkildə görmək və təbliğatını aparmaq baxımından vacibdir".

Nazir yaradıcı fəaliyyətlə məşğul olan qurumların iş prinsipinə də toxunub: "Mədəniyyət və yaradıcı sənayelər 2022-2026-cı illər dövlət proqramında prioriet inkişaf perspektivləri olan sahələr kimi öz əksini tapıb. Bizim başlıca vəzifəmiz isə həmin yaradıcı fəaliyyəti olan qurumlara müdaxilə etməməkdir. Əksinə onları vahid qüvvə kimi birləşdirib, özəl sektorlarla dövlət qurumları arasında körpü rolunu oynamaqdır. Bu baxımdan, dəfələrlə yaradıcı sənaye ilə məşğul olan qurumlarla, sektorlarla görüşlər keçirilir, təkliflər dinlənilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR