Nazir: “Bu il 40-a yaxın bədii, sənədli və animasiya filmi çəkilib”

Anar Kərimov

© APA | Anar Kərimov

# 28 dekabr 2021 12:25 (UTC +04:00)

“Azərbaycanın 2030-cu ilə qədər olan mədəniyyət siyasəti üzərində işləyirik”.

APA-nın xəbərinə görə, bunu mədəniyyət naziri Anar Kərimovun “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda mətbuat konfransında deyib.

O bildirib ki, bu ilin əvvəlində nazirlik 9 hədəfdən ibarət plan bəyan edib: “Birinci plan mədəniyyət sahəsində və idarəetmə sistemində islahatların aparılması idi. Bu bizim üçün prioritet istiqamət idi. Bununla bağlı qeyd etmək istərdik ki, 2030-cu ilə qədər olan Azərbaycanın mədəniyyət siyasəti üzərində işləyirik. Burada həm yerli, həm də beynəlxalq təcrübə nəzərə alınır. Əsasən beş prioritet istiqamətimiz var. Ümumi olaraq strategiya haqqında deyə bilərik ki, bizim əsas məqsədimiz daha şəffaf sistemin qurulmasıdır. Bu strategiya üzərində müəyyən sənədlər hazırlanır”.

A. Kərimov bu il ərzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə 40-a yaxın bədii, sənədli və animasiya filminin çəkildiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR