Nazir: Hər iki kino ittifaqının birləşməsi məsələsi onların özündən asılıdır

Anar Kərimov

© APA | Anar Kərimov

# 03 avqust 2022 13:11 (UTC +04:00)

Mədəniyyət naziri Anar Kərimov ölkədəki iki kino ittifaqının birləşdirilməsi məsələsinə münasibət bildirib.

APA xəbər verir ki, bu barədə nazir jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ictimai birliklərdir: “Biz onların fəaliyyətinə qarışmaq istəmirik, sadəcə dəstək göstəririk. Bu ictimai birliklərin birləşməsi məsələsi onların özündən asılıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR