Nazir: İndiyə kimi Qarabağda 411 tarixi abidənin monitorinqi aparılıb

Nazir: İndiyə kimi Qarabağda 411 tarixi abidənin monitorinqi aparılıb
# 08 dekabr 2022 09:44 (UTC +04:00)

İndiyə kimi Qarabağda 411 tarixi abidənin monitorinqi aparılıb.

APA xəbər verir ki, bunu “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfransda mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bu abidələrdən 178-nin yeni aşkar olunmuş abidə sayıldığını vurğulayıb: "Həmçinin işğaldan azad olunmuş ərazilərdəki 864 mədəni müəssisənin də monitorinqi keçirilib. Bunlar arasında 467 kitabxana, 26 uşaq bağçası, 2 teatr, 2 kinoklub var".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR