Nazir: “Mədəniyyət sahəsində hüquqi baza təkmilləşdirilir” 

Anar Kərimov

© APA | Anar Kərimov

# 21 dekabr 2021 11:11 (UTC +04:00)

“Mədəniyyət sahəsində hüquqi baza təkmilləşdirilir”.

APA-nın məlumatına görə, bunu bu gün “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda konfransda mədəniyyət naziri Anar Kərimov deyib.

O bildirib ki, mədəniyyətin əlçatan olması üçün rəqəmsallaşdırma prosesi sürətləndirilməlidir: “Maliyyənin effektiv idarə edilməsi, özəl sektorun mədəni layihələrə cəlb edilməsi fəaliyyətimizin əsas hissəsidir. Fəaliyyətimizi daha çox layihələr əsasında qurmaq da bizim hədəflərimizdən biridir. Yeni çağırışlara uyğun olaraq nazirlikdə yeni şöbələrin yaradılması prosesi də gedəcək. Bununla əlaqədar artıq iki yeni şöbə yaradılıb”.

Nazir qeyd edib ki, yeni strategiya mədəniyyət sahəsinə də yeni baxışdır.

“Prioritetlərimizdən biri də Azərbaycan mədəniyyətinin xaricdə tanıdılmasıdır”, - o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR