Nazir müavini: "Bizdə mədəniyyət var, amma sənayesi yoxdur"

Elnur Əliyev

© APA | Elnur Əliyev

# 20 sentyabr 2022 12:10 (UTC +04:00)

"Bizim Mədəniyyət Nazirliyi olaraq vəzifəmiz adamların istedadını göstərmələri, biruzə vermələri üçün şərait yaratmaqdır".

APA xəbər verir ki, bunu "Azərbaycan mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları" adlı beynəlxalq elmi-praktik konfransda mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib.

Nazir müavini mədəni sənaye anlayışından bəhs edib:

"Problem odur ki, bizdə hələ yaradıcı sənaye anlayışı haqqında insanların məlumat bazası azdır. Bu baxımdan, birinci növbədə bu yöndə təbliğat işləri aparılmalıdır. Yəni, bir növ, bizdə mədəniyyət var, amma onun sənayesi yoxdur, insanlarda bu anlayış yoxdur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR