Nazir müavini: Milli Yaylaq Festivalında 120 min insan üçün infrastruktur yaratmaq çox çətindir

Elnur Əliyev

© APA | Elnur Əliyev

# 01 avqust 2022 12:25 (UTC +04:00)

120 min insan üçün infrastruktur yaratmaq çox çətindir, bunları nəzərə almaq lazımdır.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev II Milli Yaylaq Festivalı ilə bağlı suala cavabında deyib.

O qeyd edib ki, tədbir olduqca geniş kompleksli olub: “Nəzərə almaq lazımdır ki, çox geniş kompleksli bir tədbir idi. Həm hava şəraiti, həm də xarici qonaqların subyektiv məsələlərinə görə proqramda dəyişikliklər oldu. Amma istənilən halda, Azərbaycanda çox nadir tədbirlərdən biri keçirildi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR