Nazir müavini: “YUĞ Teatrı bina ilə təmin olunacaq”

Elnur Əliyev

© APA | Elnur Əliyev

# 30 dekabr 2021 18:15 (UTC +04:00)

"YUĞ Teatrının bina ilə təmin edilməsi istiqamətində iş aparılır".

Bunu APA-ya açıqlamasında mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib.

O bildirib ki, hazırda teatrın binası üçün məkan axtarılır: "İndi konkret bir söz demək mümkün deyil. Biz hazırda binanın yerini axtarırıq, məsələnin həllinə çalışırıq. Bildiyiniz kimi, o teatrın ümumi teatr fonunda xüsusi bir yeri var. Biz Mədəniyyət Nazirliyi olaraq istəyirik ki, bütün istedadlar üçün şərait yaradaq və teatrın yer problemini həll edək".

Xatırladaq ki, Bakıda aparılan yenidənqurma işlərinin planına uyğun olaraq, YUĞ Teatrının Murtuza Muxtarov küçəsi, 83 ünvanında yerləşən binası sökülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR