Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdəki abidələrə peyk vasitəsilə baxış həyata keçiririk.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.
O bildirib ki, torpaqların azad edilməsindən qabaq peyk məlumatlarından daha çox istifadə olunurdu: “İndi abidələrə gedib yerində baxmaq imkanımız var”.