Nazir: "Tbilisi Dövlət Azərbaycan Dram Teatrının köçürülməsi ilə bağlı danışıqlar aparılır"

Nazir: "Tbilisi Dövlət Azərbaycan Dram Teatrının köçürülməsi ilə bağlı danışıqlar aparılır"
# 17 sentyabr 2019 18:46 (UTC +04:00)

"İrəvan Dövlət Azərbaycan Dram Teatrının harada olmasından asılı olmayaraq ,fəaliyyəti bizim üçün çox önəmlidir".

APA-nın xəbərinə görə, bunu Şuşa Dövlət Musiqili Dram Teatrında keçirilən 147-ci teatr mövsümünün açılışında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir hazırda İrəvan Dövlət Azərbaycan Dram Teatrının təmir olunduğunu bildirib: "Onun varlığı bizim üçün çox vacibdir. Çünki onun adı İrəvan xanlığı ilə bağlıdır".

Nazir Tbilisi Dövlət Azərbaycan Dram Teatrının vəziyyətinin də narahatlıq doğurduğunu vurğulayıb: "Hazırda Tbilisi Dövlət Azərbaycan Dram Teatrının yeni məkana köçürülməsi ilə bağlı danışıqlar aparılır, bu barədə müvafiq işlər görülür. Biz bundan sonra Dərbənd Dövlət Azərbaycan Dram Teatrının təmiri ilə bağlı müvafiq işlər görəcəyik. O da bizim diqqətimizdədir".

Ə. Qarayev bu il Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının da 100 illiyinin qeyd ediləcəyini deyib: "O cümlədən bizi qarşıda Azərbaycan Dövlət Yuğ Teatrının da yubileyi gözləyir. Onunla da bağlı bir sıra tədbirlər həyata keçiriləcək. İnanıram ki, tezliklə Yuğ Teatrının binası ilə bağlı məsələ də öz həllini tapacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR