Nazir: “TÜRKSOY, İSESCO və digər təşkilatlar “Bakı prosesi”nə dəstək verir”

Nazir: “TÜRKSOY, İSESCO və digər təşkilatlar “Bakı prosesi”nə dəstək verir”
# 19 may 2022 14:16 (UTC +04:00)

“Yəqin ki, hər bir xarici vətəndaşı, diplomatı bir sual düşündürür: niyə Şuşa hər bir azərbaycanlı üçün bu qədər əhəmiyyətlidir? Məsələ budur ki, hər bir xalqın mədəniyyətinə və tarixinə təsir edən bir mərkəz olur, Şuşa da bizim üçün belədir”.

APA xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Şuşadakı "Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Şuşa Azərbaycanın qeyri-maddi mədəni irsinin ən zəngin mərkəzlərindən biridir: “Bu şəhər özünün musiqi mədəniyyəti ilə xüsusilə məşhurdur. Şuşanın mədəni irsi olduqca zəngin və əhatəlidir”.

Nazir, eyni zamanda, 30 il müddətində dünya birliyinin işğal altında olan torpaqlarımızda baş verənlərə susmasına da toxunub: “Bu 30 ildə tarixi abidələrimiz, təbii mühitimiz istismara və dağıntıya məruz qalmışdır. Lakin Azərbaycan Prezidenti və ordusunun sayəsində 30 ildən sonra tarixi ədalət bərpa olundu”.

Anar Kərimov Azərbaycan Respublikasının təşəbbüsü ilə irəli sürülən “Bakı prosesi”nin də əhəmiyyətini vurğulayıb: “Bakı prosesi” bütün dünyanı əhatə edən prosesə çevrilib. TÜRKSOY, İSESCO və digər təşkilatlar bu platformaya dəstək verməkdədir. Bu platformada dünyada sülhü təmsil və təbliğ edən platforma kimi tanınmaqda və istinad edilməkdədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR