Nazir UNESCO-ya bir daha çağırış edib: “Qəbul etdiyi konvensiyalara sadiqlik nümayiş etdirsin”

Anar Kərimov

© APA | Anar Kərimov

# 08 dekabr 2022 09:54 (UTC +04:00)

UNESCO-ya çağırış etmək istəyirəm ki, öz mandatını yerinə yetirsin və qəbul etdiyi konvensiyalara sadiqliyini nümayiş etdirsin.

APA xəbər verir ki, bunu “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfransda mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir UNESCO-nun öhdəliyini yerinə yetirmədiyini qeyd edib: “Təəssüf ki, UNESCO öz mandatına uyğun formada mədəni irslərə sahib çıxmaq kimi öhdəliyi yerinə yetirməyib. Bu, Azərbaycan tərəfindən də mənfi qarşılanıb. Yenə də UNESCO-ya çağırış etmək istəyirəm ki, öz mandatını yerinə yetirsin və qəbul etdiyi konvensiyalara sadiqliyini nümayiş etdirsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR