Nazir: “Ermənistan UNESCO-nun Ümumdünya İrs Komitəsinin sessiyasının Bakıda keçirilməsinə mane olmağa çalışırdı”

Nazir: “Ermənistan UNESCO-nun Ümumdünya İrs Komitəsinin sessiyasının Bakıda keçirilməsinə mane olmağa çalışırdı”
  • Clock-gray 17:14
  • calendar-gray 26 Sentyabr 2019

Bu gün iyulun 1-dən 10-dək Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının yekunları ilə tədbir keçirilib.
 
APA-nın məlumatına görə, tədbirdə sessiya ilə bağlı fotoşəkillər nümayiş etdirilib.
 
Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, bu ilin noyabrında Azərbaycan iyulun 1-dən 10-dək Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının yekunları ilə bağlı hesabatı qurumun Baş Assambleyasına təqdim edəcək.
 
Ə. Qarayev Təşkilat Komitəsi adından Prezident İlham Əliyevə təşəkkür edib: “Prezident Təşkilat Komitəsinin üzvlərini və tədbirdə fəallıq göstərmiş şəxsləri mükafatlandırıb. Bu sessiyanın Azərbaycan üçün əhəmiyyəti odur ki, Azərbaycanın Şəki şəhəri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Əgər Birinci Vitse-Prezident Mehriban Əliyeva şəxsən bu işin gedişatına gündəlik rəhbərlik etməsəydi, son nəticədə Ümumdünya İrs Komitəsinə Azərbaycanın layiqli faylı təqdim edilməsəydi, bu layihənin gerçəkləşməsi mümkün olmayacaqdı. Hesab edirəm ki, bu, Azərbaycan xalqının ümumi qələbəsi kimi qəbul edilməlidir. Lakin biz həmişə dərk etməliyik ki, bu qələbənin arxasında böyük bir əmək, böyük bir əzmkarlıq, siyasi müdriklik dayanır. Bu, Azərbaycanın qələbəsi ilə yanaşı, həm də məsuliyyəti deməkdir. Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva da xalqımızı təbrik etdi”.
 
Mədəniyyət naziri qeyd edib ki, Şəkiyə milyonlarla turist gələcək, Azərbaycan mədəniyyəti ilə tanış olacaqlar: “Bir məqamı da qeyd edim.  UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi də şübhə altında idi: “Ermənistan bütün gücü ilə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsinə mane olmağa çalışırdı. Ancaq ədalət zəfər çaldı, tədbir Azərbaycanda yüksək səviyyədə keçirildi. Reallıq odur ki, bu gün “Youtube”-də ən çox baxılanlardan biri sessiyanın açılışında təşkil edilən konsertdir. Sami Yusif və peşəkarların iştirakı ilə ifa olunan mahnılar bu gün virtual məkanda çox məşhurdur. Bu sessiyaya qədər İçərişəhər, Qobustan və Qız qalası Ümumdünya İrs Siyahısına daxil idi. O tədbirdə bura gələn qonaqlar həmin abidələrə necə diqqət yetirildiyini gördülər və əmin oldular ki, Azərbaycan Şəki şəhəri ilə bağlı da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək. Baxmayaraq ki, Ermənistanın əli ilə bəzi ekspertlər buna qarşı çıxmağa çalışırdılar”.
 
Ə. Qarayev nəzərə çatdırıb ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının təşkili ilə bağlı bir qrup insan Prezident İlham Əliyev tərəfindən təltif edilib: “Yeri gəlmişkən, iki həftə əvvəl UNESCO-nun baş katibi Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının təşkili ilə bağlı bir daha təşəkkürünü bildirdi. Bakıda BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərinin beşinin də nominasiyası oldu və onlar da qəbul edildi. Bu yaxınlarda Çin Xalq Respublikasının rəsmi şəxsləri də mənə iki nominasiyanın Bakıda keçirilən tədbirdə qəbul edildiyini və buna görə Azərbaycan Prezidentinə təşəkkür etdiyini söyləyib. Bu gün səhər Prezident İlham Əliyev mənə zəng edib, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən, əziyyət çəkən bütün insanlara öz təşəkkürünü çatdırdı. Dövlət başçısı qeyd etdi ki, bu gün Şəki şəhərinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi böyük uğurdur. Mən də dedim ki, cənub Prezident, Sizin rəhbərliyinizlə daha böyük tədbirlər keçirməyə hazırıq”.

Daha sonra UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı təltif edilən şəxslər mükafatlandırılıb. Təltif edilənlər arasında Daxili İşlər nazirinin müavini Oruc Zalov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin Əli Abdullayev, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev və digərləri də var.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date