Nazirlik: Lənkəran Teatrının direktorunun vəzifəsinə yaş həddinə görə xitam verilib - YENİLƏNİB

Nazirlik: Lənkəran Teatrının direktorunun vəzifəsinə yaş həddinə görə xitam verilib - YENİLƏNİB
# 04 fevral 2023 13:45 (UTC +04:00)

Mədəniyyət Nazirliyi Lənkəran Dövlət Dram Teatrının direktorunun işdən çıxarılması məsələsinə aydınlıq gətirib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Tofiq Heydərov Nazirliyin müvafiq əmri ilə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatması ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, hazırda teatrın direktoru vəzifəsini direktor müavini İntiqam Hacılı icra edir.

***

09.42

Lənkəran Dövlət Dram Teatrının direktorunun vəzifəsinə xitam verilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, teatrın mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, direktor Tofiq Heydərovun vəzifəsinə yanvarın 17-dən xitam verilib.

"Teatrın direktor müavini İntiqam Hacılı direktor vəzifəsini müvəqqəti olaraq icra edir. Hazırda teatrda təhvil-təslim işləri aparılır", - məlumatda deyilir.

İntiqam Hacılı isə APA-ya açıqlamasında bildirib ki, teatrında hazırda təhvil-təslim prosesi həyata keçirilir.

"Hazırda teatrda nə var, hər bir şeyin hesabatını aparırıq. Təhvil-təslim prosesi yanvarın 28-dən başlayıb və bir neçə günə yekunlaşacağı gözlənilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR