Nazirlik: Son 2 ildə Azərbaycanda 74 film çəkilib

Nazirlik: Son 2 ildə Azərbaycanda 74 film çəkilib
# 30 sentyabr 2022 11:33 (UTC +04:00)

"Bu iki il ərzində ümumilikdə 74 film çəkilib ki, onun 30-dan çoxu tammetrajlıdır".

APA xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin audiovizual və interaktiv şöbənin sektor müdiri Rüfət Əliyev "Şuşa söhbətləri" layihəsindəki çıxışı zamanı deyib.

Rüfət Əliyev "Qarabağ" futbol klubu haqqında olan sənədli filmin çəkilişlərinin davam etdiyini və il sonuna doğru təqdim olunacağını vurğulayıb.

Sektor müdiri həmçinin, Türkiyə ilə davam etdirilən layihədən söz açıb: "Şərti adı "Qarabağ - Vətən Müharibəsi" çoxseriyalı filmin çəkilişləri davam edir. Filmin əsas yaradıcı heyəti Azərbaycan kinematoqrafçılarıdır və çəkilişləri Şuşada, Füzulidə və Hadrutda həyata keçiriləcək. Filmi Türkiyənin "Bozdağ yapım" şirkəti çəkir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR