Nərminə Rasizadənin "Kətan üzərində düşüncələr" adlı rəsm sərgisi təşkil edilib

Nərminə Rasizadənin "Kətan üzərində düşüncələr" adlı rəsm sərgisi təşkil edilib
  • Clock-gray 20:14
  • calendar-gray 04 Oktyabr 2019

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) rəssam Nərminə Rasizadənin "Kətan üzərində düşüncələr" adlı fərdi rəsm və dekorativ əsərlərindən  ibarət sərginin açılışı olub.

MEK-dən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən MEK direktoru Leyla İmanova qeyd edib ki, rəhbərlik etdiyi kitabxana müxtəlif informasiyaları oxuculara fərqli formatlatda təqdim edən platformadır.

Sərgidə nümayiş edilən əsərlər barədə məlumat verən rəssam N.Rasizadə sərgininin təşkil edilməsində verdiyi dəstəyə görə MEK kollektivinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Nərminə Rasizadənin rəsmləri Budapeşt, Brüssel, Lüksemburq, Parisdəki sərgilərdə nümayiş etdirilib. Rəssamlıq və dekorativ əsərlərinin 30-dan çoxu Azərbaycan, Türkiyə, Rusiya, Macarıstan, Fransa, Lüksemburq, İngiltərə və ABŞ-dakı şəxsi kolleksiyalardadır.

Məlumat üçün bildirək ki, sərgi oktyabrın 9-dək davam edəcək.
 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date