Polis Moskvada Njde haqqında filmin nümayişinə imkan verməyib - YENİLƏNİB

Polis Moskvada Njde haqqında filmin nümayişinə imkan verməyib   - YENİLƏNİB
# 28 yanvar 2022 22:24 (UTC +04:00)

Rusiya Erməniləri İttifaqının (SAR) elan etdiyi Moskvada Sovet Ordusu küçəsində erməni nasist Njde haqqında filmin nümayiş olunduğu yerə polis gəlib və nümayişin təşkilini dayandırıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə REGNUM-a səlahiyyətli mənbə məlumat verib.

Mənbənin bildirdiyinə görə, polis əməkdaşları Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci (nasizmin reabilitasiyası) maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinin yolverilməzliyi ilə bağlı prokurorun təqdimatını oxuyub və filmin nümayişinə toplaşanları kənarlaşdırıblar.

***

18.18

“Rusiya Veteranları” Ümumrusiya İctimai Hərəkatı faşist-kollaborasionist Qaregin Njde haqqında filmin nümayişi ilə bağlı Baş prokuror İqor Krasnova müraciət edib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, veteranların müraciətində bu gün Ermənistan ordusunun yaranmasının 30 illiyi ilə bağlı Rusiya Erməniləri İttifaqının Moskvada “Qaregin Njde” filminin nümayişini təşkil etdiyi qeyd olunub.

“Film Böyük Vətən Müharibəsi illərində SSRİ-yə qarşı Hitlerin xidmətinə keçmiş erməni milli xadimi Qaregin Njdenin tərənnümünə həsr olunub”, - müraciətdə bildirilib.

Veteranlar qeyd ediblər ki, nasist cinayətkarlarına və onların əlaltılarına bəraət qazandırmaq cəhdləri “sadəcə tarixin saxtalaşdırılması deyil, həm də təbiətcə əxlaqsızlıqdır”.

Nasist Njde haqqında film nümayişinin elan olunması ilə əlaqədar veteranlar Baş prokurordan Rusiya Erməniləri İttifaqının nasizm və onun əlaltılarının reabilitasiyası etməsini yoxlamağı xahiş ediblər.

Qeyd edək ki, Rusiyadakı erməni diaspor təşkilatı olan “Soyuz Armyan Rossii”nin təşkilatçılığı ilə bu gün Ermənistan ordusunun yaranmasının 30 illiyi münasibəti ilə faşist Njdeyə həsr olunan filmin nümayişini keçirməyə hazırlaşırlar. Erməni diasporunun bu addımı Rusiya ictimaiyyətində etirazla qarşılanıb. Rusiya mediasında və sosial şəbəkələrdə ermənilərin bu addımına dövlət qurumlarının susqunluğu tənqid olunub.

Rusiyalı tanınmış hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko sosial şəbəkə hesablarında tənqidi status yazıb: “Dünən Leninqradın blokadadan çıxarılmasının 78-ci ildönümünü qeyd etdik, bu gün isə Moskvada Hitlerin əlaltısı haqqında film göstərəcəklər. Sadəcə, söz yoxdur. Nasist cinayətkar Qaregin Njdeni tərənnüm edən film və kitablar ekstremist materialların federal siyahısına salınmalıdır”.

Rusiyanın “Tsarqrad” televiziya kanalının saytı isə erməni diasporunun bu addımı ilə bağlı “Erməni millətçiləri Hitlerin əlaltısıni birbaşa Moskvanın mərkəzində tərənnüm edirlər” adlı məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR