Təltif edilmiş mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub

Təltif edilmiş mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub
# 16 may 2019 15:21 (UTC +04:00)

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub.

ONA-nın məlumatına görə, mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində mədəniyyət və incəsənət xadimlərinə böyük diqqət və qayğı göstərib. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Dövlət başçısı hər zaman müxtəlif sahələrdə çalışan insanların əməyini yüksək qiymətləndirərək onları mükafatlandırıb. Ölkə həyatının digər sahələrindən fərqli olaraq, mədəniyyət sahəsində təltif edilənlərin sayı daha çoxdur. Bu da özlüyündə mədəniyyət xadimlərinin uğurlu fəaliyyətindən xəbər verir”.

Nazir Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın bu sahədə müstəsna xidmətlərini də vurğulayıb.

Sonra ölkə başçısının müvafiq sərəncamları ilə “Şöhrət” ordeni ilə təltif olunan Xalq artisti Hacı İsmayılov və “Tərəqqi” medalına layiq görülmüş Əməkdar artist Yadigar Muradov, Balakişi Qasımov, Elman Talıbova mükafatların vəsiqə və nişanları təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR