"Qarabağ" klubu ilə bağlı sənədli film, Tağıyevlə bağlı isə serial çəkiləcək

Anar Kərimov

© APA | Anar Kərimov

# 28 dekabr 2021 13:30 (UTC +04:00)

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Qarabağ” futbol klubu haqqında sənədli filmin çəkilməsi nəzərdə tutulur.

APA-nın məlumatına görə, bu barədə mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda mətbuat konfransında bildirib.

O, hazırda bununla bağlı layihələrinin olduğunu diqqətə çatdırıb.

Nazir həmçinin, Bakı Media Mərkəzi ilə birlikdə Hacı Zeynalabdin Tağıyev haqqında serial çəkiləcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR